Bütün xəbərlər
Kreml hələlik Putinin Türkiyəyə səfərinin dəqiq tarixini açıqlamayıb
Tarix: 20-01-2024 20:00 | Bölmə: Manşet

Kreml Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin konkret tarixini hələ açıqlamayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının mətbuat katibi Dmitri Peskov bu barədə “vaxtında məlumat verəcəyini” vəd edib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə mediası ölkə hakimiyyətinin Putini fevralın 12-də Türkiyədə gözlədiyini yazıb. Orada heç bir təfərrüat verilməyib.
Yanvarın 19-da Peskov Rusiya liderinin Türkiyəyə səfərinin tarixlərinin hələ müəyyən edilmədiyini, diplomatik kanallarla razılaşdırıldığını bildirib.
Ötən il dekabrın 14-də Putin 2024-cü ilin əvvəlində respublikaya səfər etməyi planlaşdırdığını açıqlayıb və həmin vaxt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyinə ümid etdiyini bildirib.



Baxış sayı: 115


Bölməyə aid digər xəbərlər