Bütün xəbərlər
"Politico": Şolts Putinin qələbəsindən qorxaraq AB-dən Kiyevə yardımı artırmağı tələb edir
Tarix: 18-01-2024 12:01 | Bölmə: Manşet

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə “qarşıdurma” ilə nəticələnmək riskindən narahatlığını ifadə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Politico”nun yazdığına görə, Almaniya hökumətinin başçısı Aİ tərəfdaşlarını Ukraynaya yardımı artırmağa çağırır. O, Aİ ölkələrinin Kiyevə göstərdiyi hərbi dəstəyin kifayət qədər səviyyədə olmamasından narahatdır və hesab edir ki, Avropa Rusiya ilə daha fəal mübarizə aparmalıdır.
Məqalədə qeyd olunur ki, Ukraynaya yardımın əleyhinə olan Donald Trampın ABŞ-da keçirilən praymerizlərdə uğur qazanması Aİ-nin tezliklə Vaşinqtonun iştirakı olmadan Kiyevə dəstək verməli olacağını real perspektivə çevirir. Bu vəziyyət Avropa Birliyində siyasi xətaları üzə çıxara bilər.





Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər