Bütün xəbərlər
Viktor Orban: "Aİ özünə zərər vermədən Kiyevə kömək etməlidir"
Tarix: 16-01-2024 23:27 | Bölmə: Manşet

Avropa Birliyi Ukraynaya kömək etməlidir, ancaq öz büdcəsinə zərər vurmadan.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban belə deyir.
Siyasətçi fikirlərini Budapeştdə slovakiyalı həmkarı Robert Fiko ilə danışıqlardan sonra bölüşüb. Orban hesab edir ki, Ukraynaya maliyyə yardımı Aİ-nin büdcədənkənar mənbələrindən gəlməlidir.
Macarıstan Aİ ölkələrinin Kiyevə yardım göstərmək üçün ümumi kredit götürməsinə qarşıdır. Viktor Orbanın sözlərinə görə, bunun üçün həm özəl, həm də dövlət mənbələrindən vəsait alacaq xüsusi fond yaradılmalıdır.
Bundan əvvəl Macarıstanın baş naziri Brüsseldən bezdiyini bildirmişdi.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər