Bütün xəbərlər
Fabio Kapello: "Mən də haqsız yerə Rusiya millisindən qovuldum"
Tarix: 16-01-2024 22:27 | Bölmə: Manşet

Fabio Kapello Joze Mourinyonun "Roma"nın baş məşqçi postundan qovulmasına münasibət bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur italiyalı mütəxəssis Rusiya milli futbol komandasının baş məşqçi postunu necə itirdiyini xatırlayıb.
“Roma” baş məşqçisi Joze Mourinyonu istefaya göndərib. Daniele De Rossi "Roma"nın yeni baş məşqçisi təyin olunub.
Joze Mourinyonun istefasını 77 yaşlı italiyalı veteran məşqçi Fabio Kapello şərh edib. 1999-2004-cü illərdə Kapello "Roma"nı çalışdırıb və onlarla İtaliya çempionu olub. Fabio Kapello 2012-2015-ci illərdə Rusiya millisinin baş məşqçisi vəzifəsində çalışıb.
"Etiraf etməliyəm ki, "Roma" Mourinyoya qarşı hörmətsizlik göstərdi. Portuqaliyalı telefon danışığına görə qovuldu. Jozeyə dedilər ki, o, artıq baş məşqçi deyil. Mən Rusiya millisini çalışdıran zaman buna bənzər bir şey başıma gəldi. "Çempionat.com" Fabio Kapellodan sitat gətirir: “Avstriya millisi, biz hava limanına gedirdik.Onlar mənə zəng vurdular və müqaviləyə xitam verildiyini bildirdilər”.




Baxış sayı: 173


Bölməyə aid digər xəbərlər