Bütün xəbərlər
Peskov Nabiullinaya cansağlığı və güc arzulayıb
Tarix: 16-01-2024 14:15 | Bölmə: Manşet

Kremlin mətbuat katibi Dmitri Peskov Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın səhhətində iddia edilən problemlər barədə internetdə yayılan məlumatı şərh etməyi yersiz hesab edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, jurnalistlərin mövzu ilə bağlı şərh verməsini istədikdə Peskov kifayət qədər sərt reaksiya verdi. Və dedi ki, bu, sırf şəxsi məlumatdır, Kremlin Nabiullinanın səhhəti ilə bağlı açıqlama verməyə nə həvəsi, nə də imkanı var.
“Hər halda biz Elvira Sakipzadovnaya cansağlığı, güc və belə qətiyyətin davamını arzulayırıq”, - deyə, Dmitri Peskov yekunlaşdırıb.
Elvira Nabiullina 2013-cü ildən Mərkəzi Bankın rəhbəridir. O, dəfələrlə bəyan edib ki, Mərkəzi Bankın siyasəti həmişə rusların gəlirlərini və əmanətlərini qoruyub saxlamağa, inflyasiyanın qarşısını almağa və Rusiya iqtisadiyyatını bərpa etmək üçün pul resurslarının toplanmasına yönəldiləcək.





Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər