Bütün xəbərlər
Putin Kimin Şimali Koreyaya səfər etmək dəvətindən yararlanacaq
Tarix: 16-01-2024 13:58 | Bölmə: Manşet

Vladimir Putin tərəflər üçün əlverişli vaxtda KXDR-ə səfər edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva və Pxenyan Şimali Koreya lideri Kim Çen Inın dəvətinin yerinə yetirilməsi vaxtını müzakirə edirlər. Bu barədə çərşənbə axşamı dövlət başçısının mətbuat katibi Dmitri Peskov danışıb.
Kreml sözçüsü bildirib ki, Şimali Koreya yüksək səviyyəli nümayəndə heyətlərinin görüşlərini tez-tez etmək istəyini ifadə edib.
Putin 2023-cü ilin sentyabrında Kim Çen Inın Rusiyaya səfəri zamanı KXDR-ə səfər dəvətini minnətdarlıqla qəbul edib.
Hazırda Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui Rusiya Federasiyasına səfər edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı günortadan sonra həmkarını qəbul edəcək. Daha sonra nazirlər danışıqların nəticələri barədə Vladimir Putinə məlumat verəcəklər.





Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər