Bütün xəbərlər
Mbappe mövsümün sonunda PSJ-ni tərk edəcək
Tarix: 16-01-2024 13:02 | Bölmə: Manşet

Fransanın "Paris Sen-Jermen" klubunun futbolçusu Kilian Mbappe karyerasını harada davam etdirəcəyinə qərar verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücumçu Fransada qalmaq niyyətində deyil.
Bu barədə jurnalist Abdella Bulma məlumat yayıb. İnsayderin sözlərinə görə, Mbappe parislilərlə hazırkı müqaviləsini yeniləməyəcək və klubdakı çıxışını bitirəcək.
Xatırladaq ki, Mbappenin müqaviləsi 2024-cü ilin yayında başa çatır. Şərtlərindən birinə görə Mbappe müqaviləni daha bir il uzada bilər.Lakin əvvəllər onun bu variantı aktivləşdirməkdən imtina etdiyi məlum olub.
Kiliana əsas namizədlərdən biri də "Real Madrid"dir. Bir gün əvvəl Los Blancos-un transferi yekunlaşdırmaq üçün işə başlamağa hazır olduğu bildirildi.





Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər