Bütün xəbərlər
"Bloomberg": Ərdoğan Qəzza ilə bağlı mövqeyinə görə Türkiyənin WEF-də iştirakını ləğv etdi
Tarix: 15-01-2024 20:54 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təşkilatçıların Qəzza zolağındakı münaqişə ilə bağlı mövqeyinə görə WEF-in Davosda keçiriləcək sammitində rəsmi şəxslərin iştirakını qadağan edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Agentliyin məlumatına görə, Türkiyənin maliyyə naziri Mehmet Şimşək tədbirə qatılmağı planlaşdırsa da, Ərdoğan ona mane olub.
Qeyd olunur ki, Ankaranın belə bir qərarı onun dünya tərəfdaşları ilə qarşılıqlı fəaliyyətini çətinləşdirə bilər.
Bundan əvvəl Türkiyə lideri İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edib. Bundan sonra İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, Ərdoğan vəzifəsini tərk edənə qədər bu ölkənin səfiri Türkiyəyə qayıtmayacaq.




Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər