Bütün xəbərlər
Kirbi: "ABŞ husilərlə münaqişə istəmir"
Tarix: 14-01-2024 21:34 | Bölmə: Manşet

Con Kirbi CBS telekanalına müsahibəsində bildirib ki, Vaşinqton Yəməndə husilərlə münaqişə olmasını istəmir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ sadəcə Qırmızı dənizdə gəmilərə hücumların dayandırılmasını istəyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi, Ənsar Allah hərəkatından olan husilərin Amerikanın onlara qarşı zərbələrinə cavab verməyə cəhd edə biləcəyini istisna etməyib. Buna görə də ABŞ prezident administrasiyasının rəsmisi izah edib ki, ABŞ-ın Yaxın Şərqdəki qüvvələri bu cür hücumlara hazır olmalı və müvafiq ehtiyat tədbirləri görməlidir.
Yanvarın 14-də Hudeydə əyalətində husilərin daha bir hərbi obyekti ABŞ-Britaniya hava hücumuna məruz qalıb. Əl-Luhayya rayonunun dağlıq ərazisində yerləşirdi. Yanvarın 12-də ABŞ və Britaniya silahlı qüvvələri Yəmənin Səna və digər dörd əyalətində husilərin hədəflərinə ilk 73 raket və bomba hücumu həyata keçirib. Britaniyanın xarici kəşfiyyat xidməti MI6-nın keçmiş rəhbəri Riçard Dirlov Yəməndə husilərin mövqelərinin bombalanmasının Böyük Britaniyada terror hücumları riskini artırdığı barədə xəbərdarlıq edib.
Husilər 2023-cü ilin noyabrından bəri Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında İsraillə əlaqəli hesab etdikləri 28 gəmiyə hücum ediblər. Beləliklə, yəmənli üsyançılar Qəzza zolağında İDF-yə qarşı çıxan Həmas hərəkatı ilə həmrəylik nümayiş etdirmək qərarına gəliblər. Vaşinqton husilərə qarşı ABŞ Hərbi Dəniz Qüvvələrinin 153-cü İşçi Qrupundan istifadə edir. Buraya "USS Dwight Eisenhower" təyyarədaşıyan gəmisi daxildir.




Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər