Bütün xəbərlər
Kirbi: "ABŞ Yəməndə müharibədə maraqlı deyil"
Tarix: 12-01-2024 23:20 | Bölmə: Manşet

ABŞ Yəməndə müharibədə maraqlı deyil və prezident Cozef Bayden münaqişənin gərginləşməsinin qarşısını almaq üçün hər şeyi edir, Ağ Evin sözçüsü Con Kirbi bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, BMT baş katibinin nümayəndəsi Stefan Düjarrikin də öz növbəsində hesabına görə, Yəmənə hücumlar münaqişənin daha da genişlənməsinə və regionda vəziyyəti pisləşdirə bilər, TASS agentliyi yazır.
Xatırladaq ki, yanvarın 12-də ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə Ənsar Allah hərəkatının hədəflərinə hücum edib. Amerikalılar ölkənin silah anbarlarını, buraxılış qurğularını və hava hücumundan müdafiə radarlarını vurduqlarını iddia edirlər.
Bununla belə, husilər artıq İsraillə əlaqəli mülki gəmilərə hücumları davam etdirəcəklərini açıqlayıblar.




Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər