Bütün xəbərlər
Astanada Milli Müdafiə Universitetinin yaxınlığında Nazarbayevin abidəsi sökülüb
Tarix: 12-01-2024 20:49 | Bölmə: Manşet

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin Astanada Milli Müdafiə Universitetinin ərazisində ucaldılmış abidəsi sökülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.
Bu qərar universitetin adının Qazaxıstan Respublikasının birinci prezidenti - Elbası adına Milli Müdafiə Universiteti adlandırılması ilə əlaqədar qəbul edilib.
Hazırda abidə Müdafiə Nazirliyinin binalarından birində müvəqqəti anbarda saxlanılır və orada Qazaxıstan Silahlı Qüvvələrinin Dövlət Hərbi Tarixi Muzeyinin binasında quraşdırılmağa hazırlanır.





Baxış sayı: 180


Bölməyə aid digər xəbərlər