Bütün xəbərlər
"Fənərbaxça" Avropa çempionu Bonuççi ilə müqavilə imzalayıb
Tarix: 11-01-2024 23:59 | Bölmə: Manşet


Türkiyənin "Fənərbaxça" futbol klubu italiyalı müdafiəçi Leonardo Bonuççi ilə müqavilə imzaladığını açıqlayıb. 36 yaşlı futbolçu "Union Berlin"dən ayrılaraq İstanbul komandasının xeyrinə seçim edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Fənərbağça" bu barədə məlumat yayıb. Klubun açıqlamasında deyildiyi kimi, tərəflər cari mövsümün sonuna qədər müqavilə imzalayıblar. Mətbuatda yayılan xəbərlərə görə, italyan mövsümün qalan hissəsində 1,2 milyon avro qazanacaq.

Bonuççi 2023-cü ilin sentyabrından "Union"-da çıxış edir. Mövsümün ilk hissəsində o, Berlinlilərin heyətində Almaniya çempionatında yeddi matç keçirib və bir qol vurub. Çempionlar Liqasında o, daha üç oyunda iştirak edib.

Bonuççi "Yuventus" və "Milan" kimi komandalarda çıxış edib. O, həmçinin İtaliya millisinin heyətində 121 oyun keçirib və onunla 2020-ci ildə Avropa çempionatının qalibi olub.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər