Bütün xəbərlər
"Sevilya"nı "İnter"in futbolçusu gücləndirib
Tarix: 10-01-2024 14:37 | Bölmə: Manşet

"İnter"in futbolçusu Lüsyen Aqume karyerasını İspaniya çempionatında davam etdirəcək. 21 yaşlı idmançı icarə əsasında "Sevilya"ya keçib.
Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, KİV-in məlumatına görə, müqavilə səkkiz milyon avroya satınalma variantını ehtiva edir.
Kamerun əsilli fransız yeni komandasında 42 nömrə ilə çıxış edəcək.
Aqume 2019-cu ilin yayında 4,5 milyon avroya "İnter"ə keçdiyi Fransanın "Sochaux" klubunun yetirməsidir. İtaliya yığmasının tərkibində dörd oyunda iştirak edib.



Baxış sayı: 124


Bölməyə aid digər xəbərlər