Bütün xəbərlər
Ançelotti "Real Madrid"in onun son iş yeri olacağını bildirib
Tarix: 02-01-2024 18:39 | Bölmə: Manşet

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Madrid klubundan ayrıldıqdan sonra istefaya gedəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, eyni zamanda, italiyalı mütəxəssis indiki iş yerini nə vaxt tərk edəcəyini dəqiqləşdirməyib.
Dekabrın sonunda Karlo Ançelotti "Real Madrid"lə müqaviləsini uzadıb. Yeni müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
"Təsdiq edirəm ki, "Real" mənim son iş yerim olacaq. 2026-cı ildə təqaüdə çıxa bilərəm. Amma ola bilsin ki, klubda bir-iki il qalacam. Madridi bəyənirəm və təqaüdə çıxandan sonra burada qalacağam". "Çempionat.com" xəbər verir ki, 64 yaşlı Karlo Ançelotti sosial şəbəkədəki səhifəsində yazıb.
Braziliya Ançelottinin "Real Madrid" ilə müqaviləsini başa vurduqdan sonra milli komandaya rəhbərlik edəcəyini gözləyirdi. Amma italiyalı yeni müqavilə imzaladıqdan sonra 5 qat dünya çempionu yeni baş məşqçi axtarışına çıxmalı olacaq.



Baxış sayı: 199


Bölməyə aid digər xəbərlər