Bütün xəbərlər
Karlsen blits üzrə dünya çempionatının qalibidir
Tarix: 30-12-2023 20:16 | Bölmə: Manşet

Norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionu titulunu uğurla qoruyub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, turnir Özbəkistanın Səmərqənd şəhərində baş tutub.
Karlsen 21 raund oynadı, sonda 16 xal topladı və rəqibləri üçün əlçatmaz oldu.
Onun ən yaxın izləyicisi norveçliyə yarım xalla (15,5) məğlub olan rusiyalı Daniil Dubov olub. Turnirdə ilk üçlüyü Rusiyanın digər təmsilçisi Vladislav Artemyev (15) tamamlayıb.
Qeyd edək ki, Karlsen yeddinci blits titulunu qazanıb.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər