Bütün xəbərlər
Ukrayna Olimpiadanın mümkün boykotuna görə BOK-un sanksiyalarından qorxur
Tarix: 30-12-2023 14:24 | Bölmə: Manşet

Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiya Oyunlarının mümkün boykot ediləcəyi təqdirdə Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın gənclər və idman naziri vəzifəsini icra edən Matvey Bednı deyib.
"Biz "boykot" sözünü belə işlətmirik. Mövqeyimiz belədir: Rusiyanı və onun rejimini dəstəkləyən idmançılarla yarışlarda iştirak etməyəcəyik. BOK-un bizim arqumentlərə, müraciətlərə, petisiya və çıxışlara necə cavab verəcəyini təhlil edəcəyik".
"Amma biz başa düşürük ki, Oyunların boykot edilməsi idmançılarımıza zərbə olacaq. Bu halda biz də riskə gedirik", - BBC-dən sitat gətirir. Mümkündür ki, onlar bizim üçün artıq neytral statusda növbəti Olimpiadaya daxil olmağı təklif etsinlər”.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi əvvəllər rusiyalı idmançıların neytral statusda və seçmə mərhələləri uğurla başa vurduğu halda Olimpiya Oyunlarında iştirakına icazə vermişdi. Ukrayna da öz növbəsində Rusiyanın təmsil olunduğu turnirlərdə iştirakdan imtina edir.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər