Bütün xəbərlər
Putin Bodnaruku Dünya Rapid Çempionatındakı qələbəsi münasibətilə təbrik edib
Tarix: 29-12-2023 21:28 | Bölmə: Manşet

Anastasiya Bodnaruk Dünya Rapid Çempionatının qalibi olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin şahmatçını qələbə münasibətilə təbrik edib.
Kremlin saytında dərc olunmuş təbrik teleqramında deyilir: "Sizi sürətli şahmat üzrə dünya çempionatında qələbəniz münasibətilə təbrik edirəm. Siz milli qadın şahmat məktəbinin gözəl ənənələrini layiqincə davam etdirdiniz".
Putin həmçinin taybreykdə qələbə qazanan Bodnarukun “bacarıqını, dözümlülüyünü və əsl idman xarakterini” qeyd edib.
Xatırladaq ki, rusiyalı qadın həlledici qarşıdurmada Hindistan təmsilçisi Humpi Koneru üstələyib və Dünya Rapid Çempionatında qızıl medal qazanıb.



Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər