Bütün xəbərlər
Messinin nömrəsi Argentina millisindən təqaüdə çıxacaq
Tarix: 29-12-2023 21:07 | Bölmə: Manşet

Lionel Messi təqaüdə çıxdıqdan sonra onun nömrəsi Argentina millisi tərəfindən istifadə edilməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Klaudio Tapia məlumat verib.
"Sport.es" Argentina futbolunun prezidentindən sitat gətirir: "Messi milli komandadan gedəndə heç kimə 10 nömrə geyinməyə icazə verməyəcəyik. O, ömürlük milli komandadan uzaqlaşdırılacaq. Bu, Lionel üçün edə biləcəyimiz ən az şeydir".
Argentina millisinin tərkibində Messi Qətərdə 2022-ci ildə dünya çempionu olub. Ümumilikdə 36 yaşlı futbolçu millinin heyətində 180 oyun keçirib, 106 qol vurub.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər