Bütün xəbərlər
Ronaldo 2023-cü ildə qol sayına görə lider olur
Tarix: 27-12-2023 11:18 | Bölmə: Manşet

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 17-ci turu çərçivəsində Kərim Benzemanın “Əl-İttihad” komandası ilə görüşdə dubl edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı hər iki qolu penaltidən vurub. Beləliklə, Ronaldo 2023-cü ildə qol sayına görə birinci olub.
Kriştianonun il ərzində bütün yarışlarda 53 qolu var, portuqaliyalı bir qol az olan Kilian Mbappe və Harri Keyni qabaqlayıb.
“Mançester Siti”nin bu il daha iki oyun keçirəcəyi Erlinq Haaland (50) Ronaldonu tuta və keçə bilər.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər