Bütün xəbərlər
Türkiyə parlamentinin komitəsi İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləyib
Tarix: 26-12-2023 20:51 | Bölmə: Manşet

Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sənəd səs çoxluğu ilə qəbul edilib, müxalifətdə olan “Yaxşı Partiya” və “Səadət Partiyası”nın üzvləri əleyhinə səs verib.
İsveçin Şimali Atlantika Alyansına qəbul edilməsinə dair təsdiq edilmiş ratifikasiya protokolu baxılmaq üçün Parlamentin Baş Assambleyasına təqdim edilib.
İsveçin xarici işlər naziri Tobias Billström bir ay əvvəl ölkəsinin NATO-ya daxil olmaq üçün bütün tələbləri yerinə yetirdiyini və buna görə də sənədin tezliklə ratifikasiyasına ümid etdiyini bildirmişdi.
O, həmçinin qeyd edib ki, İsveçin alyansa qoşulmaq üçün müraciət etməsi Türkiyəyə "F-35" qırıcılarının verilməsi məsələsi ilə bağlıdır. Bundan əlavə, İsveç Avropa İttifaqının üzvü kimi ərizəni ratifikasiya etmək müqabilində Türkiyənin Aİ-yə daxil olması prosesinin intensivləşdirilməsinə kömək etməyə razılaşıb, RİA Novosti yazır.
İsveçin üzvlüklə bağlı protokolu hələ Türkiyə və Macarıstan parlamentləri tərəfindən ratifikasiya olunmayıb. NATO-nun baş katibi Yens Stoltenberq bu ölkələri problemi həll etməyə tələsməyə çağırıb.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər