Bütün xəbərlər
Keçmiş dünya çempionu Uaylder karyerasını bitirməyi düşünür
Tarix: 24-12-2023 19:16 | Bölmə: Manşet

Məşhur amerikalı ağır çəkili boksçu, keçmiş dünya çempionu Deontey Uaylder Ər-Riyaddakı turnirdə məğlub olduqdan sonra əlcəklərini asa bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Səudiyyə Ərəbistanının paytaxtında keçirilən “Qiyamət günü” turnirində ABŞ-dan olan ağır çəkili idmançı yeni zelandiyalı Cozef Parkerlə qarşılaşıb. “Bürünc bombardmançı” Uaylder döyüşün aşkar favoriti idi, lakin sensasiyalı şəkildə xal itirdi.
Tonqa əsilli Parkerdən bu gözlənilməz dağıdıcı məğlubiyyətdən sonra Ümumdünya Boks Şurasının (WBC) amerikalı keçmiş çempionu çıxışını davam etdirmək üçün kifayət qədər motivasiyasının olub-olmadığını bilmədiyini söyləyib.

"Tofight.ru" portalı Uaylderdən sitat gətirir: "Bundan sonra nə baş verəcəyini görəcəyik. Biz hələ də nəsə edə bilərik, amma hələ də eyni atəşin olub-olmadığını bilmirəm. Bir çox cəhətdən mən artıq sakitləşmişəm".
Eyni zamanda, Deontey etiraf etdi ki, "maliyyə baxımından çox məmnun idi, əla iş gördü" - Səudiyyə Ərəbistanındakı turnirin təşkilatçıları həqiqətən də məşhur ağır çəkililəri Ər-Riyada - Uaylder və britaniyalı Entoni Coşuanı dəvət etməkdən yayınmadılar.
38 yaşlı amerikalı boksçu "Mən qayıda bilərəm" deyib."Əgər yoxsa, yaxşı, səyahət çox xoş oldu. Bilirsinizmi: bütün keçən həftə gülümsəyirdim və o təbəssüm hələ də mənimlədir, heç kim onu götürməyəcək."



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər