Bütün xəbərlər
Kriştiano Ronaldo Super Liqa əleyhinə danışıb
Tarix: 24-12-2023 11:48 | Bölmə: Manşet

Futbol üzrə Superliqa yaratmaq ideyası Kriştiano Ronaldodan dəstək tapmadı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında danışan portuqaliyalı superliqanın yaradılmasına qarşı olan yazıya dəstək verib.
Şənbə günü Monteneqronun "Fans Yunayted" klubu sosial media səhifəsində bir mesaj yerləşdirib. Superliqanın yaradılmasının zərərliliyindən danışılıb.
Mesajda yeniliyin kiçik klubları vuracağı bildirilirdi. Onların bir çoxu böyük yarışlarda oynamaq perspektivini itirəcək. Beləliklə, kiçik komandaların böyük olmaq arzusuna son qoyulur.
Azarkeşlərin yaratdığı Monteneqro klubunun mesajı çoxsaylı dəstək alıb. "Çempionat.com" xəbər verir ki, bunu bəyənənlər arasında Kriştiano Ronaldo da olub. Güman etmək olar ki, zəmanəmizin ən güclü futbolçularından biri Superliqa yaratmaq fikrini bəyənməyib.



Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər