Bütün xəbərlər
Putin və Abbas Qəzzadakı münaqişənin sülh yolu ilə həllini müdafiə ediblər
Tarix: 22-12-2023 16:42 | Bölmə: Manşet

Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasla telefon danışığı aparıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətinin xəbərinə görə, dövlət başçıları Fələstin-İsrail münaqişəsi zonasında axan qana tez son qoyulması üçün çıxış ediblər.
Xüsusilə, Vladimir Putin Fələstin Prezidentinə Rusiyanın münaqişənin həlli və Qəzza zolağına humanitar yardımın çatdırılması üçün hansı addımlar atdığını bildirib. O, təsdiq edib ki, Rusiya Federasiyası anklavı zəruri mallar, dərmanlar və tibbi avadanlıqlarla təmin etməyə davam edəcək.
Tərəflər, həmçinin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsini davam etdirmək niyyətində olduqlarını bildiriblər. Bundan başqa, Fələstin prezidentinin Rusiyaya səfərə dəvəti də təsdiqlənib.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər