Bütün xəbərlər
"Real Madrid"in baş məşqçisi Ançelotti komandasının məğlubiyyətsiz seriyasından razı qalıb
Tarix: 22-12-2023 15:20 | Bölmə: Manşet

“Real Madrid” La Liqada “Alaves” üzərində növbəti qələbəsini qazanaraq (1:0) turnir cədvəlinə başçılıq edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti futbolçularından razı qalıb.
Los Blancos 14 qələbə və 3 heç-heçə ilə məğlubiyyətsizlik seriyasını 17 matça çatdırıb. "Kral klubu" azlıqda oynayan "Alaves"i məğlub edərək, "Betis"lə xalları bölüşən "Jirona"ya yetişib (1:1).
Amma bu, “Real”dır ki, baş-başa görüşdəki qələbə sayəsində 45 xal toplayaraq La Liqa cədvəlində birinci yerdədir.
Madrid klubunun baş məşqçisi Ançelotti "Real"ın qələbəyə layiq olduğunu bildirib: "Komanda inanılmaz səy göstərdi və hesab edirəm ki, qələbəyə layiqdilər. Azlıqda qalanda rəqib qol vura bilər, amma komandamız görünməmiş enerji nümayiş etdirdi".
"Bizim üçün çətin matç oldu, lakin fədakarlıq sayəsində qalib gəldik. Oğlanlar yaxşı ayağa qalxdılar, çox yaxşı müdafiə olundular və layiqincə mükafatlandırıldılar", - "Real Madrid"in italiyalı baş məşqçisi deyib.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər