Bütün xəbərlər
Putin: "Rusiya Avropa ilə döyüşmək fikrində deyil"
Tarix: 19-12-2023 16:46 | Bölmə: Manşet

Rusiya heç vaxt Avropa ilə döyüşmək niyyətində olmayıb və indi də buna getməyəcək, - Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qeyd etdiyinə görə, Avropa paytaxtlarını Moskva ilə qorxudan Vaşinqton olub, çünki onların yaxınlaşmasından narahatdır.
"ABŞ Rusiyanın Avropa ilə yaxınlaşmasından çox narahat idi, onlar Moskvanı qorxutdular, lakin Moskva Avropa ilə döyüşmək niyyətində deyildi və indi də buna getməyəcək", - Putin deyib.
Rusiya Federasiyasının prezidenti Amerika lideri Co Baydenin Ukrayna üzərində qələbədən sonra Rusiyanın NATO ölkələrindən birinə hücum edəcəyi ilə bağlı sözlərini şərh edərək, “bizə müttəfiq ölkələr lazım deyil”- deyib.
"Bu NATO ölkələri bizə niyə lazımdır? Onlar bizə lazım deyildi və gələcəkdə də lazım olmayacaq", - Putin "Rossiya 24" telekanalında vurğulayıb.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər