Bütün xəbərlər
Kreml Vuçiçi partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbrik edir
Tarix: 18-12-2023 16:06 | Bölmə: Manşet

Moskva Serbiyanın hazırkı prezidenti Aleksandr Vuçiçin partiyasının Assambleyaya seçkilərdə qələbəsini alqışlayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kreml parlament seçkilərinin nəticələrini diqqətlə izləyir. Bu barədə bazar ertəsi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu, yalnız Serbiyanın, bizə dost olan Serbiyanın, bizə qardaş olan Serbiyanın daxili məsələsidir"-Peskov deyib.
Serbiya Respublika Seçki Komissiyası bülletenlərin 91,6 faizini emal edib. Hələlik “Aleksandr Vuçiç – Serbiya dayanmamalıdır” koalisiyası liderlik edir. O, 47,21 faiz səs toplayıb.
"Ümid edirik ki, bu, respublikanın gələcək inkişafına və Rusiya Federasiyası ilə dostluğun və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək", - Kreml nümayəndəsi bildirib.
Dekabrın 17-də Serbiyada birpalatalı parlamentə və 65 yerli qanunvericilik məclisinə növbədənkənar seçkilər keçirilib.
İkinci yeri qərbyönlü “Serbiya zorakılığa qarşı” koalisiyası tutur – 23 faiz səs. Sosialistlər seçicilərin 6,9 faizinin dəstəyini qazanıblar.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər