Bütün xəbərlər
Viener: "Rusiya gimnastları bir daha heç vaxt bayraq və himnsiz çıxış etməyəcəklər"
Tarix: 18-12-2023 12:54 | Bölmə: Manşet


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti və Rusiya yığmasının baş məşqçisi İrina Viner milli komandanın beynəlxalq arenada ölkənin bayrağı və himni olmadan çıxış etməkdən tamamilə imtina etdiyini açıqlayıb.
"Avropada son vaxtlara qədər biz Olimpiadada yalnız bir yerə iddialı idik. Bəs bayraqsız, himnsiz, ünsiyyətsiz, azarkeşsiz, xüsusi geyimdə, xüsusi musiqi olmadan bu, nəyə lazımdır? Bu, biabırçılıq olardı", - TASS onun sözlərini sitat gətirir.
O, belə səfərlərin Rusiya üçün alçaldıcı olacağını və rus bədii gimnastikasının ora getməyəcəyini qeyd edib. "Biz bir daha heç vaxt Rusiyanın bayrağı və himni olmadan çıxış etməyəcəyik" Viener deyib.
Xatırladaq ki, dekabrın 1-də Avropa Gimnastika İttifaqı Rusiya və Belarusun himayəsi altında keçirilən Avropa turnirlərində iştirakına qadağa qoyulduğunu elan edib. Məhz qitə çempionatları vasitəsilə 2024-cü il Olimpiadasına vəsiqələr baş tutacaq.



Baxış sayı: 140


Bölməyə aid digər xəbərlər