Bütün xəbərlər
Əmirliklərdə ilk qolu Bakaev vurub
Tarix: 16-12-2023 23:35 | Bölmə: Manşet

"Spartak"ın və "Zenit"in sabiq yarımmüdafiəçisi Zelimxan Bakaev Birləşmiş Ərəb Əmirlikləri çempionatında ilk qolunu vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,
“Əl-Vəhda”da çıxış edən futbolçu “Əl-Əyn”ə qol vurub.
Birləşmiş Ərəb Əmirlikləri çempionatının 16-cı turunun "Əl-Vəhda" - "Əl-Əyn" matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Rusiyalı yarımmüdafiəçi Zelimxan Bakaev “Əl-Vəhda”da fərqlənib.
Zelimxan Bakaev “Əl-Vəhda”nın heyətində 11-ci oyununu keçirib və yeni klubunda ilk qolunu vurub. 26 yaşlı yarımmüdafiəçinin də 1 məhsuldar ötürməsi var.


Bakaev karyerasını Əmirliklərdə davam etdirəcək
da oxu
Bakaevi sentyabrda "Zenit"dən "Əl-Vahda"ya icarəyə vermişdi. İcarə müddəti 2024-cü ilin may ayına qədərdir. Rusiyalı futbolçunun təxmini dəyəri 2 milyon avrodur.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər