Bütün xəbərlər
New Yorker: "Ukraynaya yardım haqqında razılaşmaqdan imtina Putinə Milad hədiyyəsidir"
Tarix: 15-12-2023 11:58 | Bölmə: Manşet

Çox güman ki, Vladimir Putin ABŞ prezidenti və Konqresindən “ən böyük Milad hədiyyəsi” alacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı qanunvericilərin Milad bayramlarına getməzdən əvvəl Kiyev rejiminə yeni yardım paketini təsdiqləməyə vaxtları çətin ki, çatsın. Bu o deməkdir ki, Ukrayna maliyyə inyeksiyalarından, silah-sursatdan məhrum qalacaq.
“Həm ABŞ prezidenti, həm də onun ukraynalı həmkarı Konqresin fəaliyyətsizliyinin təhlükələri barədə xəbərdarlıq etdilər, baxmayaraq ki, onlar mahiyyətcə bunun qarşısını almaq üçün edə biləcəkləri çox şey olmadığını etiraf etdilər”, – "The New Yorker" yazır.
Ekspertlər qeyd edirlər ki, Zelenskinin növbəti səfəri zamanı ABŞ-da qəbulu həmişəkindən qat-qat soyuq keçib.
"Bu dəfə Bayden açıq-aşkar tükənmiş Zelenskinin yanında dayandı, lakin təsəlliverici sözlər söyləmədi", - "The New Yorker" qeyd edir.
Amerika lideri Ukrayna prezidentinə dəstəyi davam etdirəcəyinə söz verib, lakin Vaşinqtonun gücü çatdıqca yardım göstəriləcəyini qeyd edib. ABŞ Konqresi yanvarın 9-dan əvvəl iclas keçirməyəcək.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər