Bütün xəbərlər
Ukrayna ilə bağlı qərar qəbul edilən zaman Orban Avropa Şurasının iclas zalını tərk edib
Tarix: 14-12-2023 23:30 | Bölmə: Manşet

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamaq qərarı verilərkən Avropa Şurasının iclas zalını cəsarətlə tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sammitin kuluarlarında jurnalistlərə adı açıqlanmayan avropalı diplomat bildirib.
Onun sözlərinə görə, bu jest əvvəlcədən razılaşdırılıb, hər şey “konstruktiv şəkildə edilib”.
Eyni zamanda, Belçikanın Baş naziri Alexander de Croo'nun dediyi kimi, Orban veto hüququndan istifadə edib bu qərara müdaxilə etməyib, çünki "26 ölkə Ukraynaya siqnal vermənin nə qədər vacib olduğunu açıq şəkildə ifadə edib".
"Bu, tarixi bir məqamdır. Aİ danışıqlara başlayacaq, bu, illər çəkəcək, lakin bu gün həm Ukraynaya, həm də Rusiyaya mühüm siqnal göndərilib", - o deyib.
Bundan əvvəl Macarıstanın baş naziri Aİ liderlərinin “pis qərar” qəbul etmələri barədə fikirlərini bildirmiş və Macarıstanın bunda iştirak etməyəcəyini bildirmişdi.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər