Bütün xəbərlər
Ərdoğan Türkiyədə oyundan sonra hakimin döyülməsini pisləyib
Tarix: 12-12-2023 13:04 | Bölmə: Manşet

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə çempionatının “Ankaragücü” və “Rezespor” komandaları arasında keçirilən oyundan sonra futbol hakiminin döyülməsinə münasibət bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Ankaragücü" prezidenti Faruk Koca oyundan dərhal sonra meydançaya qaçaraq hakim Halil Umut Melərin üzünə zərbə endirib.
Bundan sonra hakim qazona yıxılıb və naməlum şəxslər tərəfindən üzünə bir neçə dəfə təpik zərbəsi enib.Hakim ayağa qalxıb meydanı təkbaşına tərk edə bilsə də, sonradan xəstəxanaya aparılıb.
Ərdoğan sosial şəbəkələrdə yazıb: "Hakimə hücumu pisləyirəm və ona tezliklə sağalmasını arzulayıram. İdman sülh və qardaşlıq deməkdir. İdman zorakılıqla bir araya sığmaz.Biz Türkiyə idmanında zorakılığa heç vaxt icazə verməyəcəyik".
Döyülmədən sonra Türkiyə Futbol Federasiyası (TFF) bəyanat yayaraq, hadisəni pisləyib, həmçinin ölkədəki bütün futbol matçlarının qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb.



Baxış sayı: 137


Bölməyə aid digər xəbərlər