Bütün xəbərlər
İsrail Livandan ABŞ və Fransa qoşunlarını sərhəddə yerləşdirməyi tələb edir
Tarix: 11-12-2023 20:38 | Bölmə: Manşet

İsrail Livanla sərhədin İsrail tərəfində Amerika qoşunlarının, İsraillə təmas xətti boyunca Livan tərəfində isə Fransa hərbçilərinin yerləşdirilməsini tələb edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hədəs" telekanalının verdiyi məlumata görə, belə bir vəziyyətdə Vaşinqton İsrailin Livanın cənubunda hərbi əməliyyatlar keçirməyəcəyinə zəmanət verir. Bundan əlavə, Təl-Əvivin ikinci tələbi Livan ordusunun nəzarəti altında Cənubi Livanın bütün silahlarının təhvil verilməsidir.
Səudiyyə Ərəbistanı televiziya kanalının jurnalistləri İsrail hökuməti ilə Livanın şiə "Hizbullah" hərəkatı arasında razılaşmanın bağlanmasını qaçılmaz adlandırıblar. Eyni zamanda, Təl-Əviv "Hizbullah"ın Livan-İsrail sərhədində bir neçə müşahidə məntəqəsi saxlaması ilə bağlı razılığa gəlib. Amma yenə bir şərtlə ki, bunlar Fransa hərbçiləri ilə birgə müşahidə məntəqələri olsun.
Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra Livan-İsrail sərhədində vəziyyət daha da pisləşib. Bütün sərhəd boyu İDF və "Hizbullah" döyüşçüləri bir-birinin mövqelərini atəşə tutur. Livanı atəşə tutarkən İsrail Müdafiə Qüvvələri ABŞ-dan gətirilən ağ fosforlu sursatdan istifadə edib, "Washington Post" etiraf edib. Bundan əvvəl Human Rights Watch insan haqları təşkilatı İsrail hərbçilərinin ağ fosforlu sursatdan istifadə etməsi barədə məlumat vermişdi. Patronlardakı işarələrə əsasən, Vaşinqton 1989 və 1992-ci illərdə Luiziana və Arkanzas ştatlarında istehsal olunan ağ fosforlu sursatları Təl-Əvivə köçürüb.




Baxış sayı: 121


Bölməyə aid digər xəbərlər