Bütün xəbərlər
Sarkozi: "Ukrayna NATO üzvü deyil, Aİ ilə Rusiya arasında körpü olmalıdır"
Tarix: 11-12-2023 15:01 | Bölmə: Manşet

Fransanın keçmiş prezidenti Nikola Sarkozi İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində deyib ki, Ukrayna NATO-nun üzvü deyil, Rusiya ilə Avropa arasında körpü olmalıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukraynanın özünü müdafiə etmək hüququ var. Lakin Kiyevin NATO-ya üzv olmaq istəyi əsassızdır. Sarkozi qeyd edib ki, Ukrayna beynəlxalq ictimaiyyətdən güclü təhlükəsizlik zəmanəti olan neytral ölkə olaraq qalmalı və Rusiya ilə Avropa arasında körpü olmalıdır.
Sarkozi prezidentliyi dövründə Ukrayna və Gürcüstanın NATO-ya daxil olmasına qarşı çıxıb. Siyasətçi Fransanın hazırkı prezidenti Emmanuel Makronun Rusiya ilə dialoqu çox erkən bitirməsindən təəssüflənir.
Öz növbəsində Sarkozinin dövlət katibi Pyer Leluş Qərbin Rusiyanın Ukrayna ilə münaqişədə maraqlarından xəbərsiz olmasını səhv adlandırıb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər