Bütün xəbərlər
"Liverpul" Premyer Liqada "Kristal Pelas"ı minimal hesabla məğlub edib
Tarix: 09-12-2023 21:11 | Bölmə: Manşet

"Liverpul" futbolçuları İngiltərə Premyer Liqasının 16-cı turunun səfər matçında "Kristal Pelas" üzərində minimal hesablı qələbə qazanıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mersisaydlılar rəqiblərindən geridə olsalar da, oyunun gedişatını dəyişdirə və Londonda üç xal qazana bildilər.
Rəqiblər ilk hissəni quru keçirib və hesab görüşün ilk saatının sonunda açılıb. İlk qolu penaltidən topu “Liverpul”un qapısına “Palas”ın hücumçusu Jan-Philippe Mateta vurub.
Lakin matçın son 15 dəqiqəsində Yurgen Kloppun yetirmələri iki dəfə fərqlənib. "Liverpul"dan cavab qollarının müəllifləri Məhəmməd Salah (76) və Harvi Elliott (90+1) olub.
Qeyd edək ki, 75-ci dəqiqədən başlayaraq “Liverpul” çoxluqda oynayıb: Cordan Ayyu ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra xallarının sayını 37-ə çatdıran "Liverpul" Premyer Liqa cədvəlində birinci yeri tutub. “Kristal Pelas” 16 xalla 14-cü yerdədir.





Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər