Bütün xəbərlər
“Mən sektora qayıtmayacağam”-Olimpiya mükafatçısı Sidorova təqaüdə çıxdı
Tarix: 09-12-2023 20:29 | Bölmə: Manşet

Dayaqla tullanma üzrə Olimpiya Oyunlarının gümüş mükafatçısı Anjelika Sidorova karyerasını başa vurduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, atletika ilə məşğul olmağı dayandırdığını etiraf edib.
İdmançı qərarını şəxsi Telegram hesabında açıqlayıb: "Düşünürəm ki, bir çoxunuz artıq işlərin hara getdiyini başa düşmüsünüz. Deyəsən, buna son qoymağın vaxtı çatıb".
"Hamilə olduğumu bildiyim andan özümə dedim ki, vaxtımı al və özümə şans ver. Amma alınmadı. Təəssüf ki, son bir neçə ildə atletikadan zövq almağı tamamilə dayandırdım. Bəli, mən Rəsmi olaraq təqaüdə çıxıram. Sektora qayıtmayacağam."
2023-cü ilin sentyabrında Sidorova ana oldu. İdman karyerası ərzində bir dəfə Dünya Çempionatının (2019) və Avropa Çempionatının (2014) qalibi olub, 2020-ci il Olimpiya Oyunlarında gümüş medal qazanıb.




Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər