Bütün xəbərlər
Çin Aİ-ni Ukrayna məsələsində Rusiya ilə dialoqa çağırır
Tarix: 07-12-2023 16:15 | Bölmə: Manşet

ÇXR vahid Avropanı Rusiya ilə Ukrayna problemini müzakirə etməyə çağırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu böhran Avropada təhlükəsizlik memarlığı mövzusu ilə ayrılmaz şəkildə bağlıdır.Bu barədə cümə axşamı Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Van Lutonq bildirib. Çinin fikrincə, danışıqlar masası arxasında Rusiya və Ukrayna nümayəndələri olmalıdır.
Bundan əvvəl Pekində Çin-Avropa İttifaqı sammiti keçirilib. Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Çinin paytaxtına gəliblər.
RİA Novosti yazır ki, Çin Prezidenti Si Cinpin onları Diaoyutai dövlət iqamətgahında qəbul edib.
Bundan əlavə, Vanq Lutonq qeyd edib ki, Rusiya Federasiyası ilə ABŞ arasında danışıqlar qlobal sabitlik üçün vacibdir.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub