Bütün xəbərlər
Bayden: "Rusiya Ukraynanı məğlub etdikdən sonra NATO-ya hücum edəcək"
Tarix: 06-12-2023 23:48 | Bölmə: Manşet

Rusiya Ukrayna üzərində qələbədən sonra dayanmayacaq, daha da irəli gedərək NATO ölkələrindən birinə hücum edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Prezident Co Bayden Konqresi Kiyevə əlavə yardımın ayrılmasını dəstəkləməyə çağıran xüsusi müraciətində bunu bəyan edib.
“Əgər (Rusiya prezidenti Vladimir) Putin Ukraynanı ələ keçirsə, dayanmayacaq, hərəkətə və NATO müttəfiqinə hücum etməyə davam edəcək”, - 81 yaşlı Amerika lideri deyib.
Bayden Milad tətilinə getməzdən əvvəl Konqresi Ukraynaya yardımı təsdiqləməyə çağırıb.
ABŞ prezidenti İsrail və Ukraynaya yardım üçün 106 milyard dollar istəyib ki, bunun da təxminən 60 milyardı Kiyev üçün nəzərdə tutulub. Lakin respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası yardımın yalnız İsrailə ayrılmasına səs verib. Demokratların nəzarətində olan Senat bu addımı əngəllədi. Müraciət üçün Konqresin hər iki palatasının təsdiqi və prezidentin imzası lazımdır.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub