Bütün xəbərlər
Deputat Şeremet satqınlar üçün “Bayden medalı” təsis etməyi təklif edib
Tarix: 04-12-2023 12:14 | Bölmə: Manşet


Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet Rusiyanı tərk edən və bu barədə yalan məlumat yayan “qorxaqları və satqınları” mükafatlandırmaq üçün ölkədə ABŞ prezidenti Co Baydenin adına medal təsis etməyi təklif edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı deputat ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Consonun Baydenə qarşı impiçment işində irəliləyişin olacağına ümid etdiyini bildirməsinə belə cavab verib.
Şeremetin sözlərinə görə, medalın bir tərəfində Baydenin enişlə aşağı sürüşməsi, digər tərəfində isə Vladimir Zelenski "cəllad və Ukrayna xalqına xain" başlığı ilə təsvir edilməlidir.
Bundan əvvəl Mixail Şeremet Rusiyada yeni ideologiyanın yaradılmasının zəruriliyini bildirmişdi.
ABŞ Konqresinin Nümayəndələr Palatasında keçmiş spiker Kevin Makkartinin qərarı ilə Baydenə qarşı impiçment araşdırması başlayıb. Amerika prezidentinin qohumlarının biznes əməliyyatlarında iştirak edib-etmədiyini müəyyən etmək nəzərdə tutulur.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub