Bütün xəbərlər
HƏMAS Təl-Əvivə raket zərbəsi endirib
Tarix: 01-12-2023 22:30 | Bölmə: Manşet

İsrail və HƏMAS arasında qarşıdurma bir həftəlik atəşkəs başa çatdıqdan dərhal sonra yeni güclə alovlandı.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, səhər tezdən ölkənin mərkəzində və şimalında, həmçinin Qəzza zolağı ilə həmsərhəd ərazilərdə hava hücumu sirenləri səslənir. Dekabrın 1-i səhər saatlarında tərəflərin şiddətli qarşılıqlı atəşi başladı.
İsrail ordusu, İsrailin hava hücumundan müdafiə qüvvələrinin Qəzza zolağından atılan raketi vurduğunu və HƏMAS-a qarşı hərbi əməliyyatların bərpa olunduğunu bildirib. Eyni zamanda yəhudi dövlətinin şimal sərhədlərində vəziyyət gərginləşib.
RİA Novosti-nin məlumatına görə, cümə günü axşam HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam briqadası Təl-Əvivə raket zərbəsi endirdiyini elan edib. Fələstinli radikallar hücumları “Qəzza zolağında dinc əhalinin öldürülməsinə cavab” adlandırıblar. İsrail ərazisinin atəşə tutulmasının nəticələri aydınlaşdırılır.
Noyabrın 24-dən Fələstin-İsrail münaqişəsi zonasında qüvvədə olan atəşkəs dekabrın 1-i səhər saatlarında başa çatıb. Tərəflər atəşkəsi uzatmayıb.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub