Bütün xəbərlər
FIE Rusiya Qılıncoynatma Federasiyasının üzvlüyünü dayandırmadı
Tarix: 25-11-2023 20:20 | Bölmə: Manşet

FIE Konqresi Ukrayna tərəfinin Rusiya Qılıncoynatma Federasiyasının təşkilatdakı üzvlüyünün dayandırılması təklifini dəstəkləməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu FFR prezidenti İlqar Məmmədov deyib.
"Konqres Ukrayna federasiyasının Rusiya və Belarus idmançılarının və rəsmilərinin yarışlara buraxılmaması təklifini dəstəkləməyib", - Məmmədov əlavə edib.
Noyabrın 25-də Şarm əl-Şeyxdə Beynəlxalq Qılıncoynatma Federasiyasının Konqresi keçirilib.
Daha əvvəl məlum olmuşdu ki, rusiyalı qılıncoynadanlar 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazana bilməyəcəklər.


Baxış sayı: 71


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub