Bütün xəbərlər
"Mançester Yunayted" Varanı satmağa hazırdır
Tarix: 24-11-2023 09:40 | Bölmə: Manşet

Fransalı müdafiəçi Rafael Varan qış transfer pəncərəsində "Mançester Yunayted"i tərk edə bilər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, klub 30 yaşlı futbolçunu satmağa hazırdır.
Rafael Varan klubdakı mövqeyindən narazıdır. Öz növbəsində “qırmızı şeytanlar”ın məşqçilər korpusunun 2018-ci ilin dünya çempionuna qarşı iddiaları var.
Varanın "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Amma klub fransızı 20-30 milyon avroya satmağa hazırdır. “Yunayted” Varanı “Real”dan 40 milyona alıb.
Bu mövsüm Rafael 12 matçdan 8-ni keçirib.Fransız futbolçunun bir qolu var.





Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub