Bütün xəbərlər
ABŞ Ukraynaya daha 100 milyon dollar hərbi yardım ayırıb
Tarix: 20-11-2023 23:10 | Bölmə: Manşet

Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevə səfəri zamanı ABŞ-dan Ukraynaya növbəti 100 milyon dollarlıq hərbi yardım tranşının ayrıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, yeni paketə artilleriya və hava hücumundan müdafiə sistemləri üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar daxil olacaq.
Mətbuat konfransı zamanı Ostin Zelenskinin döyüş əməliyyatlarının davam etdirilməsinin zəruriliyi ilə bağlı fikirləri ilə razılaşaraq bildirib ki, Ukrayna Silahlı Qüvvələri qışda “uğur əldə etmək” üçün bütün lazımi resurslara malikdir, RİA Novosti xəbər verir.


Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub