Bütün xəbərlər
Rusiya və İranın xarici işlər nazirləri Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər
Tarix: 19-11-2023 21:16 | Bölmə: Manşet

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmirabdollahyanla telefon danışığı aparıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, dialoq zamanı hər iki tərəf tezliklə atəşkəsin və zərər çəkmiş mülki əhaliyə yardımın vacibliyini vurğulayıb.
“Söhbət zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasındakı hazırkı vəziyyətə yönəldilib”, - deyə, Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir: “Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub”.
Bundan əlavə, nazirlər ikitərəfli və beynəlxalq gündəlikdə olan təcili təmasların cədvəlini və digər məsələləri müzakirə ediblər.
Söhbətin İran tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.


Baxış sayı: 55


Bölməyə aid digər xəbərlər