Bütün xəbərlər
Peskov Baydenin Si haqqında dediyi sözləri şərh etməyib
Tarix: 16-11-2023 14:06 | Bölmə: Manşet

Moskva Çin və Rusiya Federasiyası liderləri arasında mövcud olan dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətləri yüksək qiymətləndirir. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla əlaqədar, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Si Cinpini dəfələrlə “diktator” adlandıran Co Baydenin bəyanatını şərh etməkdən imtina edib.
"Biz bu əlaqələri yüksək qiymətləndiririk", - Peskov bildirib.
Kreml həmçinin Çin prezidenti ilə ABŞ prezidentinin San-Fransiskoda APEC sammiti çərçivəsində apardıqları danışıqların təfərrüatlı məzmununu bilmir. Moskva da Rusiya Federasiyası ilə münasibətlər mövzusunun müzakirə edilib-edilmədiyini bilmir.
“Ona görə də hansı məsələlərin müzakirə edildiyinə aydınlıq gətirilməsini gözləyəcəyik”, – Peskov bildirib.
Kremlin sözçüsü daha sonra təsdiqləyib ki, Tacikistan prezidenti Emoməli Rəhmon gələn həftə Moskvaya səfər edəcək.
Noyabrın 21-22-də rəsmi səfəri zamanı Rəhmon prezident Vladimir Putin tərəfindən qəbul ediləcək.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub