Bütün xəbərlər
Tacikistanın rəhbəri Rusiya Federasiyasına rəsmi səfərə gələcək
Tarix: 16-11-2023 12:48 | Bölmə: Manşet

Noyabrın sonunda Tacikistan prezidenti Emoməli Rəhmon Rusiya Federasiyasına rəsmi səfər edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tacikistan liderinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, Rəhmonun noyabrın 21-22-də səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Tacikistan prezidentinin mətbuat xidmətinin rəhbəri Abdufattoh Şərifzodanın qeyd etdiyi kimi, Moskvada görüşlər həm dar çərçivədə, həm də geniş tərkibdə keçiriləcək.
Rəhmon və Putin sonuncu dəfə oktyabrda Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində görüşüblər. Bundan əvvəl Rəhmon Böyük Vətən Müharibəsində Qələbə Gününün 78-ci ildönümünü qeyd etmək üçün Moskvaya gəlmişdi.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub