Bütün xəbərlər
Yəmən husiləri İsrailin Eylatdakı hədəflərinə ballistik raketlər atdıqlarını açıqlayıb
Tarix: 15-11-2023 10:40 | Bölmə: Manşet

Yəmənin şimalında hökmranlıq edən şiə "Ənsar Allah" hərəkatının (Husi) silahlı qüvvələrinin komandanlığı İsrailin cənubundakı Eylat şəhərinə növbəti raket zərbələri endirdiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə noyabrın 14-də axşam saatlarında “Əl-Masirah” telekanalının efirində husilərin hərbi sözçüsü Yəhya Sariya bildirib.
Sarianın qeyd etdiyi kimi, husilər işğal olunmuş Fələstin ərazilərində İsrailin müxtəlif hədəflərinə bir sıra ballistik raketlər atıblar. RİA Novosti xəbər verir ki, bura Umm ər-Rəşraş bölgəsində (Eilat) “həssas obyektlər” daxildir.
Husi sözçüsü raketlərin növbəti hərbi əməliyyatdan 24 saat sonra buraxıldığını bildirib. Husilər bunu “eyni sionist hədəflərdə” pilotsuz uçuş aparatlarından istifadə edərək həyata keçiriblər.
Husilərin başçısı Əbdülməlik əl-Husi daha əvvəl bildirmişdi ki, "Ənsar Allah" Qırmızı dənizdə İsrail gəmilərini müəyyən edib onlara hücum edəcək.
Noyabrın 14-də İsrail Müdafiə Qüvvələri Qırmızı dəniz bölgəsində yəhudi dövlətinin ərazisi istiqamətində atılan raketin tutulduğunu elan edib.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub