Bütün xəbərlər
HƏMAS məhbuslarının ailələri onların tezliklə azadlığa buraxılmasını tələb edərək Qüdsə yürüş edib
Tarix: 15-11-2023 10:35 | Bölmə: Manşet

Oktyabrın 7-də Fələstin HƏMAS yaraqlıları tərəfindən oğurlanan israilli girovların yüzlərlə ailə üzvü, eləcə də fəallar və könüllülər Təl-Əvivdən Qüdsə doğru 5 günlük yürüşə başlayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onların tezliklə azadlığa buraxılması üçün hökumətdən kömək tələb edirlər.
Yürüş çərşənbə axşamı, noyabrın 14-də günortadan sonra Təl-Əviv İncəsənət Muzeyinin qarşısındakı meydanda başlayıb. “RİA Novosti” xəbər verir ki, meydandan yolun qarşı tərəfində İsrail Müdafiə Nazirliyinin qərargahı da daxil olmaqla hökumət binaları kompleksi yerləşir.
Yürüş iştirakçılarının 18 noyabr şənbə gününə qədər Qüdsə çatması gözlənilir. Onlar baş nazir Benyamin Netanyahunun iqamətgahı qarşısında etiraz aksiyası keçirəcəklər.
Girovlar 39 gündür ki, əsirlikdədirlər və hakimiyyət faktiki olaraq fəaliyyətsizdir. Etirazçılar hökumətdən məhbusların İsrailə qaytarılması üçün plan təqdim etməsini istəyirlər. Onlar həmçinin siyasi və hərbi məqsədlərdən daha çox girovların azad edilməsi məsələsinə üstünlük verilməsini tələb edirlər.
Bundan əvvəl KİV-də Qəzzada hərbi əməliyyatların dayandırılması müqabilində girovların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında razılığın əldə olunmasının mümkünlüyü barədə məlumatlar yayılıb.
Hər şənbə Təl-Əvivin mərkəzində minlərlə insan Həmas girovlarının ailələrinə dəstək aksiyası keçirmək üçün toplaşır.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub