18:46 / 03-12-2023
PSJ qalib gəlib
18:39 / 03-12-2023
Lukaşenko Pekinə gəlib
Bütün xəbərlər
Dmitri Keçkin FSB-nin Çeçenistan üzrə idarəsinin yeni rəhbəri oldu
Tarix: 10-11-2023 21:04 | Bölmə: Manşet

FSB-nin Çeçenistan üzrə departamentinə Dmitri Keçkin rəhbərlik edəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, əvvəllər FSB-nin İnquşetiya şöbəsinə rəhbərlik edib. Çeçenistan rəhbəri Ramzan Kadırov yeni təyinatı öz Telegram kanalında açıqlayıb. O əlavə edib ki, Dmitri Keçkini ona FSB general-leytenantı Sergey Sapunkov təqdim edib.
Kadırov izah edib ki, görüşdə təhlükəsizliyin təmin edilməsi üçün gələcək əməkdaşlıq yolları müzakirə olunub. Çeçenistan rəhbəri əmindir ki, general-mayor Keçkinin rəhbərliyi altında FSB-nin Çeçenistanda effektivliyi, yerli hakimiyyət orqanları və hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət səviyyəsi artacaq. Kadırov Keçkinin təyinatından əvvəl FSB-nin Çeçenistandakı departamentinə rəhbərlik etmiş İqor Koçnevə gördüyü işlərə görə təşəkkür edib.
Dmitri Keçkin 2022-ci ilə qədər Dağıstanda xidmət edib. Oradakı bütün əsas antikorrupsiya işləri onun adı ilə bağlı idi.


Baxış sayı: 51


Bölməyə aid digər xəbərlər