Bütün xəbərlər
Rusiya nüvə silahlarının ləğvində Yaponiya ilə əməkdaşlıq etməyəcək
Tarix: 09-11-2023 21:52 | Bölmə: Manşet

Rusiya Yaponiya ilə 1993-cü il oktyabrın 13-də Rusiya Federasiyasında ixtisar edilməli olan nüvə silahlarının ləğvi üzrə əməkdaşlıq haqqında sazişdən çıxır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq əmri Mixail Mişustin imzalayıb.
Sənəddən belə çıxır ki, Rusiya Xarici İşlər Nazirliyinə Yaponiya tərəfini və qəbul olunmuş qərarı xəbərdar etmək tapşırılıb.
Bundan əvvəl Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasını ləğv edən qanunu imzalayıb. Kreml qeyd edib ki, bu addım Rusiya və ABŞ üçün vəziyyəti bərabərləşdirir, çünki Vaşinqton müqaviləni ratifikasiya etməyib.


Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər
18-07-2024, 09:10 Bayden koronavirusa yoluxub