18:46 / 03-12-2023
PSJ qalib gəlib
18:39 / 03-12-2023
Lukaşenko Pekinə gəlib
Bütün xəbərlər
"Milan" azarkeşləri Donnarumma üçün isti qarşılama hazırlayır
Tarix: 06-11-2023 16:03 | Bölmə: Manşet

Çərşənbə günü "Milan" Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Paris Saint-German"i qəbul edəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Parisdə keçirilən ilk görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Parislilərin heyətində İtaliya klubunun yetirməsi Canluici Donnarumma "Milan"a gələcək. 2021-ci ildə qapıçı qalmaqalla "Milan"dan "Paris Saint-Germain"-ə keçdi.
"Milan" azarkeşləri Donnarummanın bu hərəkətini xəyanət və xəsislik hesab edirlər. Buna görə də, Canluiciyə xüsusilə "isti" görüş vermək istəyirlər. Ənənəvi pankart və şüarlarla yanaşı, azarkeşlər aksiyalar hazırlayıblar. "Çempionat.com" xəbər verir ki, onlar Donnarummaya saxta əskinaslarla duş vermək istəyirlər.
Donnarumma ilk dəfə PSJ-nin futbolçusu kimi "Milan"a gələcək.Lakin Canluici İtaliya millisinin tərkibində iki dəfə "Milan"ın San Siro stadionunda çıxış edib və hər iki dəfə tribunadan maneələrə məruz qalıb.


Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər